Qarabağ müharibəsi veteranı: “Abşeron rayon icra başçısı “evi”mi uçurub” (Video)

Qarabağ müharibəsi veteranı: “Abşeron rayon icra başçısı “evi”mi uçurub” (Video)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcər rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Səyyaf Bayramovun müvəqqəti məskunlaşdığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində məskunlaşdığı daldalanacaq yerli icra hakimiyyətinin əməkdaşları tərəfindən uçurulub.

Bu barədə Bizim Yol-a Səyyaf Bayramovun özü bildirib. O evsiz olması barəsində Kəlbəcər rayonundan deputat Cavid Qurbanova müraciət edəndən sonra ona yaşamaq üçün konteyner verilib. Xəstəlikdən əziyyət çəkən anasını xəstəxanada ziyarət edərkən Qarabağ müharibəsi veteranının bu daldalanacağı da yararsız hala salınıb, əşyaları isə çölə atılıb. S.Bayramov ev probleminin həlli üçün dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etdiyini bildirib.

55 manatlıq əlil pensiyasından başqa gəliri olmadığını bildirən Qarabağ müharibəsi veteranı kirayə ödənişi etməkdə çətinlik çəkdiyini bildirərək imkanlı şəxslərdən işlə təmin olunması üçün ona kömək edilməsini xahiş edib.

Ramid İbrahimov