Dünən Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Türkiyədə səfərdə olarkən əhalinin Qarabağa yerləşdirilməsi ilə bağlı açıqlama verib. Tribunainfo.az xəbər verir ki, nazir 2026-cı ilə qədər Qarabağa 140 min insanın köçürüləcəyini bildirib.
Bayramovun bu açıqlaması Ermənistanda hay-küylə qarşılanıb. Bu ölkənin aparıcı ekspertləri bildiriblər ki, Bakının bu planı Qarabağ məsələsini birdəfəlik bağlamaq məqsədi daşıyır. Tribunainfo.az xəbər verir ki, erməni ekspert Davit Mkrtçyan bu mövzuda danışarkən bildirib ki, əhalinin kütləvi şəkildə Qarabağa köçürülməsindən sonra ermənilərin ora qayıtmaq şansı olmayacaq. “Qarabağ problemi nəhayət bağlanacaq. Bu, Azərbaycanın əhalini Qarabağa köçürməsi ilə baş verəcək. Artıq Bakı 2026-cı ilə qədər 140 min azərbaycanlını Qarabağa köçürməyi qərarlaşdırıb. Ermənistanın siyasi dairələrinin nə ilə məşğul olduğunu isə təqdim etməyin mənası yoxdur”.