Almaniya yığmasının sabiq türk futbolçusu Mesut Özil Azərbaycana gəlir.
Tribunainfo.az xəbər verir ki, o, “Qarabağ” klubunun qonağı olacaq. Bu barədə ağdamlıların rəsmi səhifəsi paylaşım edib.
Özil oktyabrın 11-də “Qarabağ”ı ziyarət edəcək, əvvəlcə komandanın məşqini izləyəcək, daha sonra isə gənc futbolçularla əyləncəli oyun keçirəcək.
Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir:
“Dəyərli azarkeşlərimiz!
Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq!
Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın!
Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir!
Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun Arena”da başlayacaq.
Giriş sərbəstdir
“Qarabağ” bütün futbolsevərləri stadionununa dəvət edib.