Bir türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropaya və dünyaya başa salsanız, o zaman “əzik” olmaqdan qurtula bilərsiniz.
Bir türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropaya və dünyaya başa salsanız, o zaman “əzik” olmaqdan qurtula bilərsiniz.
Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ” Futbol Klubunun direktoru Əmrah Çəlikəl Türkiyənin “Sabah” qəzetində azarkeşlərin “Qarabağ”ın adını A4 formatlı kağıza yazmasını sərt tənqid və təhqir edən köşə yazısına münasibət bildirərkən deyib. Sözügedən köşə yazısına sərt reaksiya verən Ə.Çəlikəl bildirib ki, ən böyük fağırlıq Azərbaycan və Qarabağın uğurlarına dəstək olmamaqdır:
“Əgər mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz köşə yazıb özünü gülünc vəziyyətə salmazdınız. Tərtəmiz qəlblərlə və əllərlə yazılmış “Qarabağ” adı bizim üçün müqəddəsdir. O hərfləri yazan təmiz əllər var olsun”.
Qeyd edək ki, “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.