“Qarabağ”la “Sabah” qarşı-qarşıya – Kubokun sahibi bəlli olacaq

“Qarabağ”la “Sabah” qarşı-qarşıya – Kubokun sahibi bəlli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.

Tribunainfo.az-ın məlumatına görə, final oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcəklər.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq.

Azərbaycan Kuboku
Final
31 may

19.00 Qarabağ – Sabah
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Fərid Hacıyev.
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu