“Qarabağ”la “Sabah” irəlilədi, “Neftçi” gerilədi

“Qarabağ”la “Sabah” irəlilədi, “Neftçi” gerilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Tribunainfo.az-ın məlumatına görə, 405 komandanın yer aldığı siyahı Azərbaycan təmsilçiləri də var. Siyahıya düşən komandalarımızdan “Qarabağ” ciddi irəliləyişə nail olub. 79-cu pillədə qərarlaşan Qurban Qurbanovun kollektivi 144,5 xal toplayaraq 64-cü yerə yüksəlib. Azərbaycan çempionu bu irəliləyişdən sonra “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel”i (Fransa) geridə qoyub.

Murad Musayevin rəhbərlik etdiyi “Sabah” isə 51 pillə irəliləyib. Bakı klubu 64,5 xalla 286-cı yerdə qərarlaşıb.

“Neftçi”də isə geriləmə müşahidə edilib. Hesabında 62,75 xal olan “ağ-qaralar” 298-ci yerdən 311-ci pilləyə düşüb.
Reytinqə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (312 xal) başçılıq edir. “Real” (301) ikinci, Braziliya təmsilçisi “Flamenqo” isə (268) üçüncü sıradadır.