“Qarabağ”la oyuna saatlar qalmış “Ferentsvaroş”dan maraqlı addım – FOTO

“Qarabağ”la oyuna saatlar qalmış “Ferentsvaroş”dan maraqlı addım – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”a qarşı matçdan əvvəl “Ferentsvaroş” maraqlı addım atıb.

Tribunainfo.az xəbər verir ki, klubun rəsmi səhifəsi “Qarabağ”a qarşı start heyəti azarkeşlərin müəyyənləşdirməsini istəyib. Paylaşımda qeyd olunub:

“Meydana hansı “11-liy”i buraxardınız? Şərhdə yazın”.

Xatırladaq ki, “Qarabağ” – “Ferentsvaroş” matçı bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.