“Qarabağ” komandasının yeni kapitanı bəlli oldu

“Qarabağ” komandasının yeni kapitanı bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandasının yeni kapitanı müəyyənləşib.

TİA.AZ -ın  məlumatına görə, Azərbaycan millisinin futbolçusu Maksim Medvedev Ağdam təmsilçisinin kapitanı olub.

Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı birdəfəlik 31 yaşlı müdafiəçiyə həvalə edilib.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”da çıxış edir. O, Ağdam təmsilçisi ilə 7 dəfə ölkə çempionatının qalibi olub. Təcrübəli müdafiəçi 3 dəfə ölkə kubokunu qazanıb.