“Qarabağ” köhnə futbolçusunu geri qaytardı

“Qarabağ” köhnə futbolçusunu geri qaytardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”da sürpriz transfer gerçəkləşib.

Tribunainfo.az Oxu.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə razılığa gəlib.

“Neftçi” ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən “köhlən atlar”ın heyətinə qayıdıb.

29 yaşlı futbolçu daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə “Qarabağ”da forma geyinib.

Şeydayev peşəkar karyerası ərzində “Zenit” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Jilina” (Slovakiya), “Krılya Sovetov” (Rusiya), “Dinamo” (Moskva, Rusiya) və “Buriram Yunayted”də (Tayland) çıxış edib.