“Qarabağ” klubu Macarıstan və Polşa komandaları ilə qarşılaşacaq

“Qarabağ” klubu Macarıstan və Polşa komandaları ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamın “Qarabağ” futbol klubu yay təlim-məşq toplanışını Avstriyada keçirəcək.

Tribunainfo.az xəbər verir ki, Ağdam təmsilçisi yeni mövsümün hazırlığına iyunun 22-də başlayacaq.

Azərbaycan çempionu Avstriyada üç yoxlama görüşündə gücünü sınayacaq. Baş məqşçi Qurban Qurbanovun yetirmələri iyunun 27-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-də isə “Legiya” (Polşa) ilə üz-üzə gələcəklər.

Üçüncü yoxlama görüşü üçün rəqib axtarışı davam edir.