“Qarabağ” Maksim Medvedevlə müqavilə müddətini uzadıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı kapitanla yeni müqavilə müddəti 1 illik nəzərdə tutulub.
Medvedev “Qarabağ”ın heyətində 9 dəfə Azərbaycan çempionu olub.