Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi məlum olub.
Dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.
“Qarabağ” II təsnifat mərhələsinin MOİK – Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.
Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır.(sfera.az)