“Qarabağ”ın “Şkendiya” ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın “Şkendiya” ilə oyunlarının vaxtı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” ilə oyunlarının vaxtı müəyyənləşib.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan çempionu ilk qarşılaşmanı səfərdə keçirəcək.

Şimali Makedoniyanın paytaxtı Skopyedəki matç avqustun 5-də baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək.

Cavab görüşü isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 20:00-da start götürəcək.