Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Tribunainfo.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanacağı halda hansı komanda ilə qarşılaşacağı da bu gün bilinəcək. Belarus çempionu BATE səfərdə 2:6 hesabıyla uduzduğu Kipr “Aris”indən revanş almağa çalışacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust
21:30. “Panatinaikos” (Yunanıstan) – “Dnepr-1” (Ukrayna) (3:1)
22:00. BATE (Belarus) – “Aris” (Kipr) (2:6)
22:00. “Olimpiya” (Lyublyana, Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) (1:1)
22:30. “Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) (1:0)