“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la cavab oyununun vaxtı müəyyənləşib.
Tribunainfo.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar avqustun 2-də növbəti raundun iştirakçısını müəyyənləşdirəcəklər.
Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada olacaq.