“”Bayer” düşdü… Yenə. “Qarabağ” hazırda dünyanın ən güclü komandalarından biri olan Leverkuzen təmsilçisini üstələməyə çalışacaq. “Bayer”i özünə planetdə heç kim rəqib istəməzdi, bizim başımıza gəldi. Deyiləcək söz yoxdu. Bəlkə də ən yaxşı püşk budu, nə bilirik? Uğurlar, “Qarabağ! Sənə inanırıq!”
Tribunainfo.az bildirir ki, futbol şərhçisi Kənan Məstəluyev bildirib. Qol.az-ın baş redaktoru Aydın Bağırov isə belə şərh verib: “”Qarabağ”ın Avroliqanın 1/8 finalında rəqibi “Bayer” (Almaniya) oldu. Püşkün bizim üçün uğurlu olmadığını söyləmək olar. Səbətdəki ən güclü iki rəqibdən biri “Qarabağ”la düşdü.
“Bayer” bu mövsüm göstərdiyi parlaq oyun və nəticələrlə dünya futbolunu heyrətləndirməkdədir. Komanda Almaniya bundesliqasında 22, Avroliqada 6 oyunda bir dəfə də olsun uduzmayıb. Bu 28 matçdan cəmi 4-də heç-heçə edib, 24-də qələbə qazanıb. O cümlədən 2 dəfə “Qarabağ”a.
“Qarabağ”ın mərhələ adlamaq şansı, əlbəttə, artıq möcuzə kimi görünür. Amma Bakıda “Bayer”lə matçda “Qarabağ”ın uğurlu çıxışını da unutmamalıyıq. Komandamız 1 xalı yalnln son dəqiqələrdə penaltidən buraxdığı qola görə əldə vermişdi. İstənilən halda 1/8 finala qədər gəlmək belə Azərbaycan futbolu adına parlaq və tarixi nəticədir. “Qarabağ”a qarşıdakı hər iki oyunda uğurlar”.
Roman