Axşam baş tutacaq “Qarabağ”ın oyununa iTicket.az-dan bilet alan müştərinin bileti özünün məlumatlı olmadan başqasına transfer edilib.
Tribunainfo.az xəbər verir ki, bu problemlə üzləşən şikayətçi Vüsal Əzizli problemini sosial şəbəkədə ictimailəşdirib. O bildirib ki, “Qarabağ”ın oyununa bilet alıb, ancaq bileti özündən xəbərsiz 2 şəxsə transfer olunub:
“Bu nə deməkdir? Dərəbəylikdir, İticket.az? Mənim biletim hardadır? Kim sizə bu səlahiyyəti verib müştəridən xəbərsiz bilet transfer etməyi?”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul