“Qarabağ”da yeni təyinat gerçəkləşib.
Tribunainfo.az xəbər verir ki, Anar Hacıyev Ağdam klubunun mətbuat xidmətinin rəhbəri təyin olunub.
Bu barədə klub feysbuk hesabında paylaşım edilib. O, bu il iyunun 13-dən vakant olan postu tutub.
Qeyd edək ki, A. Hacıyev bunadək “Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri vəzifəsində çalışıb.