AFFA İntizam Komitəsi “Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqovu cəzalandırıb.
Tribunainfo.az xəbər verir ki, buna səbəb millinin sabiq futbolçusunun U-17 Liqasında “Sabah”la oyundakı davranışı olub.
Sadiqov qarşılaşmanın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir edib və qırmızı vərəqə alıb. İntizam Komitəsi çalışdırıcıya 5 oyunluq cəza kəsib.
Komitə daha 4 məşqçiyə 5 oyunluq sanksiya tətbiq edib. U-14 Liqasında “Metak”ın məşqçisi Zahid Tayıbov, U-13 Liqasında “Zaqatala”nın baş məşqçisi Nəsib Əliyev, “Şirvanovka”nın baş məşqçisi Habil Nurəhmədov və U-10 Liqasında “Ahmedoğlu”nun məşqçisi Bəxtiyar Salmanov hakimi təhqir etdikləri üçün 5 oyunluq cəzalandırılıb.