Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqsında iddialı olan “Qarabağ” heyətini gücləndirmək prosesini davam etdirməyə çalışır.
Ağdam klubu əvvəlcə Venesuela yığmasının Conder Leonel Kadis Fernandeslə maraqlanır. 27 yaşlı vinger karyerası ərzində Portuqaliyanın “Vitoriya Setubal”, “Benfika” və “Famalikan” klublarında çıxış edib. Futbolçunun qiyməti 2 milyon avrodur. Tərəflər danışıqlar aparsalar da, razılıq əldə olunmayıb.
“Qarabağ” ardından Kamerun yığmasının keçmiş forvardı Coel Taqa maraq göstərməyə başlayıb.
Bu il 18 yanvardan “Maritimu” Coeli 750 min avroya Səudiyyə Ərəbistanının “Əl-Hazem” klubuna icarəyə verib. Artıq 6 aylıq müddət bitib. “Qarabağ”ın solaxay mərkəz hücumçusu üçün Portuqaliya klubuyla danışıqları davam etdirdiyi bildirilir.