“Qarabağ” UEFA reytinqində Azərbaycana növbəti əmsalları qazandırıb.
Ağdam klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bayer Leverkuzen”lə 2:2 hesablı heç-heçə etməklə buna nail olub.
Təmsilçimiz məhsuldar bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.
Nəticədə Azərbaycanın cari mövsümdəki qazancı 5,875-ə çatıb.
Son 5 mövsümdəki ümumi əmsallar 20,125-ə bərabərdir. Ölkəmiz UEFA reytinqində 27-ci pillədəki mövqeyini qoruyub. Sıralamada bir pillə öndə olan Bolqarıstanla əmsal fərqi 0,250-yə düşüb. “Alt mərtəbə”dəki Slovakiyadan isə 0,500 qədər aralanmışıq.
Reytinqə 101,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,864) ikinci, İtaliya (85.855) isə üçüncü pillədə qərarlaşıb. (fanat.az)