“Qarabağ”ın futbolçusu Əlcəzair millisində qol vurdu (VİDEO)backend

“Qarabağ”ın futbolçusu Əlcəzair millisində qol vurdu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əlcəzair millisi “FİFA series – Edition 2024” layihəsi çərçivəsində evdə Boliviya ilə qarşılaşıb.
Tribunainfo.az  xəbər verir ki, matçda Əlcəzair millisi 3:2 hesablı qələbə qazanıb.
“Qarabağ”ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin heyətində bu görüşdə iştirak edib. 29 yaşlı yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub. O, 79-cu dəqiqədə komandasının 2-ci qolunu vuraraq hesabı bərabərləşdirib.  90+4-cü dəqiqədə Əlcəzair qələbə qolunu rəqib qapısından keçirib.
Qeyd edək ki, Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb.
Əlcəzair – Boliviya 3:2
Qollar: Amin Juri, 43. Yassin Benzia, 79. Mandi, 90+4 – Əlqaramaz Anez, 47. Saqredo, 70.
Benzianın qoluna videonun 7:20-ci dəqiqəsindən etibarən baxa bilərsiniz.