“Qarabağ”ın ən bahalı və ən ucuz futbolçusu (SİYAHI)

“Qarabağ”ın ən bahalı və ən ucuz futbolçusu (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan “Ferentsvaroş”undan transfer edilmiş Kadi Borges “Qarabağ” klubunun ən bahalı futbolçusuna çevrilib.

Tribunainfo.az Teleqraf-a istinadən xəbər verir ki, fevralın 4-də Ağdam təmsilçisi ilə 4 illik müqaviləyə imza atan Kadinin bazar dəyəri 2,5 milyon avro təşkil edir. Onun əvəzinə “Ferentsvaroş”a verilən Julio Romaonun qiyməti isə 800 min avrodur.

İkinci sırada 2 milyon avro ilə Leandro Andrade qərarlaşıb. İlk üçlüyü isə 1,8 milyon avro ilə Nəriman Axundzadə və Oleksey Kaşuk qapayırlar.

“Köhlən atlar”ın əfsanəsi Riçard Almeyda hazırki heyətin ən ucuz futbolçusudur – 100 min avro.

Son Azərbaycan çempionunun heyətinin ümumi dəyəri 22 milyon 350 min avrodur.

“Qarabağ”ın hazırkı futbolçularının bazar dəyəri:

1. Kadi Borges – 2,5 milyon avro

2. Leandro Andrade – 2 milyon avro

3. Oleksey Kaşuk – 1,8 milyon avro

4. Nəriman Axundzadə – 1,8 milyon avro

5. Mateuş Koxalski – 1,5 milyon avro

6. Yassin Benziya – 1,2 milyon avro

7. Toral Bayramov – 1,2 milyon avro

8. Emmanuel Addai – 1,2 milyon avro

9. Aleksey İsayev – 900 min avro

10. Elvin Cəfərquliyev – 900 min avro

11. Şahruddin Məhəmmədəliyev – 800 min avro

12. Fabian Buntiç – 700 min avro

13. Mateus Silva – 700 min avro

14. Marko Yankoviç – 600 min avro

15. Bəhlul Mustafazadə – 600 min avro

16. Musa Qurbanlı – 600 min avro

17. Abbas Hüseynov – 550 min avro

18. Abdullah Zubir – 500 min avro

19. Kevin Medina – 500 min avro

20. Redon Cica – 500 min avro

21. Patrik Andrade – 450 min avro

22. Marko Veşoviç – 200 min avro

23. Bədavi Hüseynov – 200 min avro

24. Amin Ramazanov – 200 min avro

25. Sadiq Məmmədzadə – 150 min avro

26. Riçard Almeyda – 100 min avro.

Qeyd edək ki, “Qarabağ” tarixinin ən bahalı transferi Riçard Almeydadır. O, 2012-ci ildə Braziliyanın “Santu-Andre” klubundan 1,28 milyon avroya alınıb. Ən bahalı satış isə ötən ay 5 milyon avro qarşılığında Braziliya “Flamenqo”suna keçən Juninyoya məxsusdur.