“Qarabağ” futbolçusu Kevin Medina ilə Türkiyənin “Rizespor” klubunun maraqlandığını təsdiqləyib.
Bu haqda Ağdam klubunun direktoru Emrah Çelikel bildirib. O deyib: “Bilirik ki, “Rizespor” Medinanı ciddi şəkildə istəyir. Onun bizimlə müqaviləsi var. Ona görə də belə məqamda son sözü klub deməlidir. Amma əsas olan futbolçunun özünün seçimidir”.
Kevin Medinanın Türkiyə “Rizespor”una keçəcəyi xəbərlərinə münasibət bildirən klub rəsmisi kolumbiyalı müdafiəçinin ən azı Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Linkoln”la cavab matçına qədər “Qarabağ”da qalacağını qeyd edib:
“Hazırda “Rizespor”la danışıqları “Linkoln”la cavab oyununa qədər saxlamışıq. Türkiyə klubu bizə müraciət edib və demişik ki, futbolçunun motivasiyasının pozmaması üçün danışıqları hələlik dayandıraq. Cavab oyununa qədər Medina bizimlə olacaq. Oyundan sonra isə özü qərar verməlidir”.
E.Çelikel əlavə edib ki, Medinanın fikri “Qarabağ”da olmasa, onun gedişinə mane olmayacaqlar: “Biz bu haqda danışmamağa üstünlük veririk. Çünki bütün diqqətlər “Linkoln”la oyuna yönəlməlidir. Onun gələcək planı da önəmlidir. Özü burda olsun, ağlı başqa komandada, biz bunu düzgün hesab etmirik”