“Qarabağ”ın daha bir futbolçusu “Ferentsvaroş”da? (AÇIQLAMA)

“Qarabağ”ın daha bir futbolçusu “Ferentsvaroş”da? (AÇIQLAMA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Juninyonu “Flamenqo”ya satan, Julio Romaonun “Ferentsvaroş”a keçməsinə problem yaratmayan, Riçard Almeyda ilə yolları ayıran “Qarabağ”ın aparıcı oyunçularından olan Leandro Andradenin də iş yerini dəyişəcəyi ilə bağlı məlumatlar səngimir. Onun “Ferentsvaroş”a yollana biləcəyini də iddia edənlər var, Səudiyyə Ərəbistanı klublarından birinə də.
Fanat.az məsələyə aydınlıq gətirmək üçün Ağdam klubunun baş direktoru Əmrah Çəlikəldən şaiyələrin reallıqla nə dərəcədə uzlaşdığını soruşub. Onun açıqlaması belə olub:
“Leandronun “Ferentsvaroş”a satılması gündəmdə deyil. Düzdür, maraqlananlar olub, amma komandadan ayrılacağı gözlənilmir”.
Xatırladaq ki, 22 oyuna 53 xal toplayan “Qarabağ” Misli Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. “Köhlən atlar” son turda “Səbail”i 5:0 hesabı ilə darmadağın ediblər.