“Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələlərindəki növbəti potensial rəqibləri müəyyənləşibbackend

“Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələlərindəki növbəti potensial rəqibləri müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələlərində növbəti potensial rəqibləri müəyyənləşib.

Tribunainfo.az-ın məlumatına görə, Azərbaycan çempionuna I raundda son mümkün rəqib Albaniya çempionatının qalibi “Partizani” olub.

Ağdam təmsilçisi növbəti mərhələlərdə də səpələnmişlərdə yer alacaq. II raundun artıq artıq 4 iştirakçısı məlumdur. Bunlar “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Molde” (Norveç) və “Aris”dir (Limassol, Kipr). İlk üç komanda püşkatma zamanı səpələnmişlərdə, “Aris” isə səpələnməmişlərdə olacaq. Yəni “Qarabağ” mərhələ adlayacağı təqdirdə, Kipr təmsilçisi mümkün rəqiblərdən biri olacaq.

Həmçinin, III raundda daha bir potensial rəqib bəllidir. Yunanıstan AEK-indən (Kipr) sonra Çexiya klubu “Sparta” da bu mərhələdən mübarizəyə qoşulacaq. Qurban Qurbanovun kollektivi bu raunda qədər irəliləməyi bacarsa, püşk bəxtinə “Sparta”nı çıxara bilər.

Qeyd edək ki, Çempionlar Liqasında iyunun 20-də I, 21-də II təsnifat mərhələsinin, iyulun 24-də isə III raundun püşkü atılacaq.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər:

“Buduçnost” (Monteneqro

“Breydablik” (İslandiya)

Səpələnməmişlər:

“Tre Penne” (San-Marino)

“Atletik Ekaldes” (Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Ferentsvaroş” (Macarıstan)

“Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya)

“Şerif” (Moldova)

BATE (Belarus)

“Astana” (Qazaxıstan)

“Makkabi” (Hayfa, İsrail)

“Jalgiris” (Litva)

HIK (Finlandiya)

“Flora” (Estoniya)

“Şemrok Rovers” (İrlandiya)

TNS (Uels)

“Olimpiya” (Sloveniya)

“Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər:

“Linkoln” (Cəbəllütariq)

“Klaksvik” (Farer adaları)

İlkin mərhələnin qalibi

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Rakuv” (Polşa)

“Partizani” (Albaniya)

“Aris” (Limassol, Kipr)

“Haken” (İsveç)

“Farul” (Rumıniya)

“Valmieras” (Latviya)

“Ballkani” (Kosovo)

“Larne” (Şimali İrlandiya)

Ermənistan çempionu

“Hamrun” (Malta)

“Hesperange” (Lüksemburq)

“Struqa” (Şimali Makedoniya)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Kopenhagen” (Danimarka)

“Molde” (Norveç)

Sələpənməmiş:

“Aris” (Limassol, Kipr)

III təsnifat mərhələsi

Sələpənməmişlər:

“Sparta” (Çexiya)

AEK (Afina, Yunanıstan)