“Qarabağ”ın cavab oyununa 14500 bilet satılıb

“Qarabağ”ın cavab oyununa 14500 bilet satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Qarabağ” və Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa indiyədək 14500 bilet satılıb.

Bu barədə  Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə “köhlən atlar” rəqibi bir cavabsız qolla üstələyib.