“Qarabağ”ın baş məşqçisi “Tottenhem”lə oyunun tıxaca görə gec başlamasından danışıbbackend

“Qarabağ”ın baş məşqçisi “Tottenhem”lə oyunun tıxaca görə gec başlamasından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təsəvvür edin, 2 saat 30 dəqiqə yolda tıxacda olmuşuq. Avtobusda oturaraq uzun müddət yol getmək futbolçuların konsentrasiyasını pozur. Bunu məğlubiyyətimizin səbəbi kimi göstərmək istəmirəm, lakin belə turnirdə bu kimi hallar baş verməməlidir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Londonda “Tottenhem”ə qarşı keçirilən oyun sonrasında keçirilən mətbuat konfransında deyib.

Komandanın baş məşqçisi uzun müddət yolda qalmalarının oyuna təsir etdiyini vurğulayıb: “Britaniyanın öz qanunları var. Bizə polis eskortu verilmədi və özümüz gəldik. Belə bir trafikdə gecikmək qaçılmaz idi və bunun təsiri böyük oldu”,- deyə baş məşqçi vurğulayıb.

Qurban Qurbanov məğlubiyyəti sırf bu vəziyyətlə əlaqələndirmədiyini əlavə edib: “Demək istəmirəm ki, rəqib buna görə qalib gəldi. Rəqiblərimiz güclü idi. Ancaq çatanda bizə dedilər ki, 40 dəqiqə sonra oynamalıyıq. Normal hazırlaşa bilmədik və bunun təsiri böyük oldu”.