“Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi bu gün müəyyənləşəcək

“Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi bu gün müəyyənləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
 Tribunainfo.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində gerçəkləşəcək mərasimdə “Qarabağ”ın da rəqibi bəlli olacaq.
Qurban Qurbanovun başçılıq etdiyi kollektiv bu turnirdəki qrup birincilərindən biri ilə qarşılaşacaq.
Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04”dür (Almaniya).
Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyunu evdə keçirəcək.
Səpələnmişlər: “Atalanta” (İtaliya), “Brayton” (İngiltərə), “Bayer 04” (Almaniya), “Liverpul” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya), “Vilyarreal” (İspaniya), “Vest Hem” (İngiltərə).
Səpələnməmişlər: “Milan” (İtaliya), “Benfika” (Portuqaliya), “Frayburq” (Almaniya), “Marsel” (Fransa), “Qarabağ” (Azərbaycan), “Roma” (İtaliya), “Sparta” (Çexiya), “Sportinq” (Portuqaliya).
Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.