“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Tribunaonfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan çempionu Portuqaliya klubu “Braqa”ya rəqib olub.
UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.
Pley-off mərhələsində üz-üzə gələcək cütlər:
“Feyenoord” (Niderland) – “Roma” (İtaliya)
“Milan” (İtaliya) – “Renn” (Fransa)
“Lans” (Fransa) – “Frayburq” (Almaniya)
“Yanq Boyz” (İsveçrə) – “Sportinq” (Portuqaliya)
“Benfika” (Portuqaliya) – “Tuluza” (Fransa)
“Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)
“Qalatasaray” (Türkiyə) – “Sparta” (Praqa, Çexiya)
“Şaxtyor” (Ukrayna) – “Marsel” (Fransa)
Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.