Xəbər verdiyimiz kimi, Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” III təsnifat mərhələsində “Ludoqorets”i 7:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə adlayıb.
Tribunainfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bu nəticə ilə, həmçinin Avropa Liqasının qrup mərhələsini təmin edib.
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Zaqreb “Dinamo”sudur (Xorvatiya). Bu mərhələdə oyunlar 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.
Ötən gecə baş tutan qarşılaşmanın icmalını təqdim edirik: