Xəbər verdiyimiz kimi, ötən gecə Çempionlar Liqasında “Kopenhagen”ə 0:1 hesabı ilə uduzan “Qalatasaray” Avropa Liqasının 1/16 finalında mübarizə aparacaq.
Tribunainfo.az xəbər verir ki, İstanbul nəhənginin bu mərhələdə “Qarabağ”la da üz-üzə gəlmək ehtimalı var.
Belə ki, Ağdam təmsilçisi Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanarsa, “Qalatasaray” potensial rəqiblərdən olacaq.
Bu mövsüm ÇL-dən Avropa Liqasına yollanan digər komandalar isə “Benfika”, “Feyenoord”, “Lans”, “Yanq Boyz” və “Braqa”dır.
Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.