“Qarabağ” HİK-i məğlub etdi

“Qarabağ” HİK-i məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Tribunainfo.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da meydana çıxıb. Ağdam klubu Bakıda Finlandiya HİK-ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu, “Qarabağ”ın Finlandiya təmsilçiləri ilə üçüncü qarşılaşması olub.

Xatırladaq ki, “Qarabağ” bunadək iki dəfə Avropa kuboklarında Finlandiya klubları ilə qarşılaşıb. 1996/1997-ci illər mövsümündə (UEFA Kuboklar Kuboku) “Müpa-47” komandası ilə görüşən Ağdam təmsilçisi Bakıda 0:1 hesabı ilə uduzub, cavab oyununun əsas vaxtında isə qalib gəlib (1:0). Amma əlavə vaxtda – 119-cu dəqiqədə “Qarabağ” qol buraxaraq (1:1) mübarizəni dayandırıb.

2009-cu ildə “Qarabağ” Finlandiyanın “Honka” komandası ilə qarşılaşıb və hər iki oyunda qalib gələrək (səfərdə 1:0, evdə 2:1) Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ” ilə HİK arasında cavab matçı avqustun 17-də keçiriləcək.

10 avqust

Avropa Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunu

20:00. “Qarabağ” – HİK (Finlandiya) – 2:1

Qollar: Leandro Andrade, 55 (1:0), Antoni Olusanya, 77 (1:1), Juninyo, 85 (2:1)

Qeydə alınmayan qol: Marko Yankoviç, 4 (VAR)
Baş hakim: Roi Reinshreiber (İsrail)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu