“Qarabağ” futbolçusunun xarici kluba keçəcəyini təsdiqlədi – Rəsmi açıqlamabackend

“Qarabağ” futbolçusunun xarici kluba keçəcəyini təsdiqlədi – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” futbolçusu Rahil Məmmədovun Polşanın LKS (Lodz) komandasına keçəcəyinə dair yayılan xəbərlərə münasibət bildirib.

Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O, 28 yaşlı mərkəz müdafiəçisinə belə bir təklifin gəldiyini və futbolçunun həmin kluba keçmək ərəfəsində olduğunu təsdiqləyib:

 

“Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, “Qarabağ” icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə getməklə bağlı icazə verdi. Futbolçu yaxın günlərdə həkim müayinəsindən keçəcək. Prosesin uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. Klubumuz hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi, hazırkı qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç bir futbolçunun buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçimiz Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik məsələyə etiraz etmədi” – deyə A.Hacıyev bildirib.

Qeyd edək ki, R.Məmmədovun “Qarabağ”la müqaviləsi bu ilin iyun ayında başa çatır. O, 2018-ci ilin yayından “Qarabağ”da oynayır.

Əlavə edək ki, LKS Polşa yüksək liqasında yarışır. Hazırda onlar 18 komanda arasında 18 oyundan 10 xalla sonuncu yeri tuturlar.