Qarabağ ermənilərini evlərdən qovurlar – əsl “təmizləmə”

Qarabağ ermənilərini evlərdən qovurlar – əsl “təmizləmə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Qarabağdan könüllü köçən ermənilərə qarşı yeni bir kampaniya start götürüb. Tribinainfo.az xəbər verir ki, bu kampaniya əsasən keşiş Baqratın keçirdiyi aksiyalarda iştirak edən ermənilərə şamil edilir.
Belə ki, müxalifətin mitinqinə qatılan ermənilərə xəbərdarlıq edilir ki, bu niyyətlərindən əl çəksinlər. “Hraparak” qəzeti isə iddia edib ki, keşiş Baqratın aksiyalarına qoşulan Qarabağdan köçmüş ermənilərin şəxsiyyəti müəyyən edilərək, onların qaldıqları evlərdən çıxarılması barədə göstəriş verilib. “Keşiş Baqrat da təsdiqləyib ki, aksiyaya qoşulan ermənilərin qaldıqları evlərin sahiblərinə təlimat verilib ki, onlarla icarə müqaviləsini ləğv edib, evdən çıxarsınlar”.
Tribunainfo.az bildirir ki, separatçıların nümayəndəsi Qeqam Stepanyan da bu mövzuya toxunub. O bildirib ki, son zamanlar Ermənistanda Qarabağdan köçən ermənilərə qarşı nifrət getdikcə artır. “Bu nifrət nəinki azalmır, həm də günü-gündən yeni formalar alır”.