Son zamanlar Ermənistan ordusunda Qarabağdan köçmüş erməni gənclərin də xidmət etdiyinə dair müzakirələr intensivləşib. Tribunainfo.az xəbər verir ki, ermənilər həmin gənclərin niyə hərbi xidmətdə olması məsələsini araşdırıb.
Ermənistan Müdafiə Nazirliyi yerli medianın sorğusuna cavab olaraq açıqlayıb ki, hazırda Ermənistan ordusunda Qarabağdan köçmüş ermənilər hərbi xidmət keçmirlər. Bunu da onunla əsaslandırıblar ki, Ermənistan ordusunda yalnız Ermənistan vətəndaşları xidmət edə bilər.
Lakin “past” qəzeti bu məlumatın real olmadığını bildirib. Qəzet yazıb ki, hazırda Ermənistan ordusunda Qarabağdan köçən gənclər də qulluq edirlər. Lakin nəşr onların hansı əsasla hərbi xidmətə açğırıldığını aydınlaşdıra bilməyib.