QARABAĞ ERMƏNİLƏRİ İLƏ DANIŞMAQ OLAR, SEPARATÇILARLA YOX… – PARTİYA SƏDRİbackend

QARABAĞ ERMƏNİLƏRİ İLƏ DANIŞMAQ OLAR, SEPARATÇILARLA YOX… – PARTİYA SƏDRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu cür təmaslar normaldır. Yetər ki, özlərini Azərbaycanın vətəndaşı kimi görsünlər və problemləri həllinə bu prizmadan çıxış etsinlər. Amma qondarma qurumla danışıqlar ola bilməz”.
Bu sözləri Tribunainfo.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Qarabağ erməniləri ilə danışıqların başlaması ilə bağlı danışarkən deyib.
Partiya sədri qeyd edib ki, danışıqlar zamanı Laçın yolunun açılması yox, yalnız qaz və işığın verilməsi ilə bağlı razılıq əldə olunub: “Təəssüf edirəm ki, bu məsələ ilə bağlı ilkin məlumatı biz Azərbaycan mediasından deyil, rus və erməni mətbuatından öyrəndik.
Görüş fevralın 24-də keçirilibmiş. Erməni mənbələri məlumat yaymışdılar ki, Xankəndiyə gedən yolun açılması ilə bağlı, eyni zamanda da qaz və elektrik enerjisinin verilməsi ilə bağlı razılıq əldə olunub”.
AMİP sədri hesab edir ki, istənilən halda, orada yaşayanlar Azərbaycan vətəndaşlarıdır, təbii ki, onlar özlərini bizim vətəndaş hesab edəcəklərsə, onlarla mütləq şəkildə təmas olmalıdır:
“İstənilən problemin çözülməsi də danışıqlar yolu ilə həll olunur. Azərbaycan konkret mövqe ortaya qoymuşdu ki, dələduz Vardanyanla heç bir danışıq ola bilməz, ancaq orada yaşayan dinc ermənilərlə danışıqlar aparıla bilər. Çünki həmin ərazilər Azərbaycanın suveren əraziləridir və orada olan problemləri də Azərbaycan həll etməlidir”.