Noyabrın 6-da Qarabağdan gedən ermənilər Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirərək pensiyalarını tələb ediblər. Tribunainfo.az bildirir ki, etirazçıların sözlərinə görə, aksiyanı iki qrup insan keçirir: qocalıq pensiyaçılar və hərbi təqaüdçülər.
Onlar inandırıblar ki, iğtişaş törətmirlər, sadəcə olaraq, qocalıq pensiyaçılarının yeni iş tapa bilməyəcəyini əsas gətirərək pensiyalarının ödənilməsini tələb edirlər.
“Hərbi təqaüdçülərə gəlincə, məlum olur ki, o vaxt bizə lazım idi, indi isə yox. 20 ildən çox olan tərcümeyi-halımız silinir” deyə etirazçılardan biri narazılığını bildirib. Daha sonra aksiya iştirakçıları Hökumətə tələsik gələn əmək və sosial məsələlər naziri Narek Mkrtçanı qarşılayıblar. “Hazırda hökumət bu məsələni müzakirə edir. Mən qayıdıb suallara cavab verəcəm”, – deyə nazir bildirib.