“Qarabağ” dünya reytinqində irəlilədi, “Neftçi” və “Sabah” isə…

“Qarabağ” dünya reytinqində irəlilədi, “Neftçi” və “Sabah” isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klublar üzrə yeni dünya reytinqini açıqlayıb.

Tribunainfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycandan üç təmsilçi yer alıb.

Ümumilikdə 414 komandanın siyahısında ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” yenə irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 61-ci yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “Ayaks” (Niderland), “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klublar da var.
“Sabah”la “Neftçi” isə, əksinə, geriləyiblər. Birincilər ilk 300 pilləyə belə düşməyib. Murad Musayevin komandası 286-cı yerdən 302-ci pilləyə sürüşüb. Bakılılar 63,5 xala malikdirlər. Hesabında 61,75 xal olan “Neftçi” isə 311-ci yeri 318-ci pilləyə dəyişib.
Reytinqə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (304 xal) başçılıq edir. İspaniya klubu “Real” 291 xalla ikincidirsə, İtaliya “İnter”i (254) üçüncü yerə yüksəlib.