“Qarabağ” dünya reytinqində 38 pillə irəliləyib

“Qarabağ” dünya reytinqində 38 pillə irəliləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubu dünya reytinqində 38 pillə irəliləyib.

Tribunainfo.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

154,75 xalı olan Azərbaycan çempionu 134-cü sıradan 96-cı yerə qalxıb.

“Sabah” (79,25) 264-cü pillədən 302-yə geriləyib. “Araz-Naxçıvan” (70,25) 363-cü mövqedən 355-ə qalxıb. “Zirə” (68) isə 274-dən 380-ə düşüb.

Qeyd edək ki, 506 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 543 xalla liderdir.