“Qarabağ” Diakabi ilə yollarını ayırdı – RƏSMİbackend

“Qarabağ” Diakabi ilə yollarını ayırdı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.

Tribunainfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.