“Qarabağ”dan ŞOK TRANFER MƏBLƏĞİ istədilər – SON DƏQİQƏbackend

“Qarabağ”dan ŞOK TRANFER MƏBLƏĞİ istədilər – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasına güclənmiş heyətlə yollanmaq istəyən “Qarabağ” Aleksey Kaşuka göz dikib.

Ölkə çempionu 2022-ci ilin martından bu ilin mayınadək “Sabah”ın formasını geyinmiş ukraynalı legionerlə bağlı addım atıb.

“Köhlən atlılar” yarımmüdafiəçinin transfer qiymətini öyrənmək məqsədilə müqavilə ilə məxsus olduğu “Şaxtyor”la əlaqə yaradıb.

Donetsk təmsilçisindən bildirilib ki, yetirməsini yenidən hansısa kluba icarəyə verməyi planlaşdırmırlar.

“Şaxtyor” funksionerləri Kaşuku Avropaya satacaqlarına əmin olduqlarını deyib. Onun qiyməti isə “Qarabağ”lıları ümumiyyətlə təəccübləndirib.

Belə ki, qarşı tərəf Ukraynanın gənclər yığmasının üzvünü 15 milyon avrodan aşağı qiymətə buraxmayacaqlarını elan edib.

SPORTİNFO.AZ