“Qarabağ”dan Portuqaliyada böyük qələbə – Tarixi zəfər-VİDEO

“Qarabağ”dan Portuqaliyada böyük qələbə – Tarixi zəfər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Braqa”nın qonağı olub.
Oyunda 6 qol vurulub. “Qarabağ” çətin Portuqaliya səfərində 4:2 hesablı qələbə qazanaraq tarixi uğura imza atıb.
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun
15 fevral
Braqa (Portuqaliya) – Qarabağ (Azərbaycan) 2:4

Qollar: Simon Banza, 44 – Marko Yankoviç, 21-pen. Abdullah Zubir, 54; 69. Juninyo, 67.

Braqa: 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo.
Baş məşqçi: Artur Jorje.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 10. Şer Ndur, 11. Rocer Fernandes, 17. Yosafat Mendes, 20. Roni Lopes, 22. Pissi, 55. Çissumba, 59. Yan Said, 90. Djibril Sumare.
Qarabağ: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 65. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa, “Estadio Municipal de Braga”.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.