Ağdamın “Qarabağ” klubu rusiyalı qapıçısı Andrey Lunyova yeni müqavilə təklif edib.
Bu barədə qolkiper özü məlumat verib.
“Hazırda diqqət yalnız mövsümün sonuna yönəlib. Mövsümün sonunda gələcəyimlə bağlı bəzi qərarlar verəcəyəm. “Qarabağ” rəhbərliyi yeni müqavilə təklif edib. Bəli, biz müzakirə prosesindəyik. Proses gedir”, deyə “Match” TV Lunyevin sözlərindən sitat gətirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda “Qarabağ”ın 32 yaşlı qolkiperinə Moskva “Dinamo”su və “Rostov”un maraq göstərdiyi barədə xəbərlər yayılıb.
Qeyd edək ki, bu mövsüm 32 yaşlı qapıçı bütün turnirlərdə 32 matçda iştirak edib, 10 oyunda qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, qolkiperin bazar dəyəri bir milyon avrodur.