“Qarabağ” daha bir legioneri ilə vidalaşır

“Qarabağ” daha bir legioneri ilə vidalaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” daha bir legioneri ilə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytına verilən məlumata görə, klub Fabyan Buntiçlə vidalaşa bilər.

Belə ki, qapıçı komandanı tərk etməyi düşünür. Buna səbəb onun “Qarabağ”da xoşbəxt olmamasıdır.
Qolkiper Avropa Liqasının FKSB ilə görüşündə buraxdığı səhvlərə görə daha çox tənqid edilib.

Üstəlik, o, avrokuboklarda Mateuş Koxalsikinin, daxili çempionatda isə limitə görə Şahruddin Məhəmmədəliyevin kölgəsində qalır. İstədiyi qədər şans qazanmaq ehtimalı az olduğu üçün Buntiçin mövsümün sonunda komandadan ayrılmaq variantı yüksəkdir.

Qeyd edək ki, 27 yaşlı xorvatiyalı qapıçı 2024-cü il iyunun 1-də “Qarabağ”a keçib. Onun Ağdam təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “İnqolştadt”, “Vizela” komandalarının formasını geyinib.