“Qarabağ”da daha bir ayrılıq – 14 il sonra…backend

“Qarabağ”da daha bir ayrılıq – 14 il sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”da daha bir ayrılıq baş tutub.

Futbolpress.az xəbər verir ki, klubun masajistlərindən olan Oktay Gürsoy “atlılar”dan ayrılıb. O, bununla bağlı instaqram hesabında post paylaşıb və “Qarabağ”a vida edib:

“2009-cu ildən bu günə qədər əmək verərək xidmət etdiyim, könül verdiyim, çox sevdiyim “Qarabağ” ailəsindən ayrılıram. Ötən 14 il üçün mənə və ailəmə xidmətlərinə görə prezidentimiz Tahir Gözələ, klubun direktoru Emrah Çelikelə, menecer Asif Əsgərova, müəllimim Qurban Qurbanova, dəyərləri müəllimlərimə, heç unutmayacağım kapitanlarım Rəşad Sadıqova, Qara Qarayevə, Maksim Medvedevə və bütün iş yoldaşlarıma, idmançı qardaşlarıma və dəyərli azarkeşlərimizə çox təşəkkür edirəm. Azərbaycan vətənimdir. Hamınızı çox sevirəm, haqqınızı halal edin. Qarabağ Azərbaycandır, Azərbaycan Qarabağ!”

Bundan əvvəl hücumçu Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağı açıqlanıb.