“Qarabağ” ÇL-in III təsnifat mərhələsində cavab oyununa çıxacaq

“Qarabağ” ÇL-in III təsnifat mərhələsində cavab oyununa çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun BATE klubu ilə üz-üzə gələcək.
“Borisov Arena”da baş tutacaq matç Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Bu komandalar arasındakı ilk matç Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin aparıcı futbolçularında hesab olunan Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
14 avqust
21.00 BATE (Belarus) – Qarabağ (Azərbaycan)
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (Latviya).
Hakim-inspektor: Françesko Byanki (İsveçrə).
UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr).
Borisov. “Borisov Arena”.