“Qarabağ” ÇL-də Liqa mərhələsinə çıxsa, bu qədər pul əldə edəcək

“Qarabağ” ÇL-də Liqa mərhələsinə çıxsa, bu qədər pul əldə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ”ın UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə əldə edəcəyi gəlir bəlli olub.
Tribunainfo.az məlumat verir ki, Ağdam təmsilçisi pley-offda Macarıstanın “Ferensvaroş” klubunu mübarizədən kənarlaşdırsa, Liqa mərhələsində çıxış edəcək və buna görə 18,6 milyon avro qazanacaq.
Azərbaycan çempionu pley-off mərhələsinə adladığı üçün artıq 4,3 milyon avronu təmin edib. Bu isə o deməkdir ki, Liqa mərhələsinə vəsiqə “Qarabağ”a ümumilikdə 22,9 milyon avro qazandıracaq.
Qeyd edək ki, “Qarabağ” “Ferensvaroş”la ilk görüşünü avqustun 19-da səfərdə, cavab matçını isə 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.