“Qarabağ” Çempionlar Liqasında!

“Qarabağ” Çempionlar Liqasında!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Tribunainfo.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan “Ferensvaroş”unu Bakıda qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Lakin bu komandalar arasında ilk matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanmışdı.

Bununla da “Qarabağ” “Ferensvaroş”u 2 oyunun cəmində də məğlub edərək tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.

Oyunu məşhur FİFA referisi, 2022-ci ildə Çempionlar Liqasının (“Liverpul” – “Real”), 2021-сi ildə isə Avropa Liqasının (“Vilyareal” – “Mançester Yunayted”) final oyununun baş hakimi olmuş Kleman Tyurpen idarə edib.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

27 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Ferensvaroş” (Macarıstan) – 2:3

Qollar: Cosef, 12 (0:1), Leandro Andrade, 25 (1:1), Abdullah Zubir, 45 (2:1), B.Varqa, 55 – pen. (2:2), Tof, 81 (2:3)

Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (Fransa)

VAR: Jerom Brisar (Fransa)

AVAR: Nikolas Renvil (Fransa)

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 3:1