“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşıb.
TİA.AZ xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə Çempionlar Liqasında mübarizəsini başa vuran Ağdam klubu çıxışını Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
13 avqust
20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) – 0:2
Qollar: De Vinsenti, 34 (pen.), Matiç, 68
Baş hakim: Daniel Siebert (Almaniya)